Hərbçilərlə mülki şəxslər arasında dava | İki erməni zabit bıçaqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda mülki şəxslərlə hərbçilər arasında kütləvi dava olub.
Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında baş verən insident zamanı Ermənistan Ordusunun zabiti David Sayadyan ölüb.
Yerli medianın yaydığı məlumata görə, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb.
Qarşıdurmada 5-i hərbçi olmaqla 8 nəfər iştirak edib. Mübahisə zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla Müdafiə Nazirliyinin zabitləri – baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır xəsarətlər yetirib.
Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, David Sayadyanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçuların da iştirak etdiyi hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.
#Ermənistan Müdafiə Nazirliyi teqi istifadə olunub
- Təlim poliqonunda faciəvi partlayış | Ermənistan MN-dən təcili məlumat - Baku TV CANLI
- Ermənistan Müdafiə Nazirliyindən açıqlama
- Azərbaycan MN Ermənistanın yaydığı informasiya ilə bağlı təcili məlumat yaydı | Detallar açıqlandı
- Paşinyan Ermənistanın məhv olma səbəbindən danışdı | Ordunu sevdiyimizə görə bunu etmirik…
- Ermənistan Ordusunda ölümlə bitən hadisə | Kimlər həbs edildi?
