Pleyeri seçin:
Hersoq Ərdoğanın iddialarına belə cavab verdi | Bizim sizə qarşı heç bir planımız yoxdur
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Prezidenti İsxak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iddialarına cavab verib.
Təl-Əviv lideri ölkəsinin Türkiyəyə qarşı heç bir planı olmadığını söyləyib:
“Mən açıq şəkildə bildirmək istəyirəm ki, İsrailin Türkiyəyə qarşı heç bir planı yoxdur. Bunun əksinə olaraq bizim Türkiyə xalqına böyük hörmətimiz var, onların da İsrail xalqına böyük rəğbəti var. İnsanlarımız arasında uzun müddətdir ki, münasibətlər mövcuddur. Türk xalqı böyük tarixə və mədəniyyətə malik bir xalqdır”.
Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti çıxışları zamanı dəfələrlə İsraili Qəzzadakı hərəkətlərinə görə pisləyib. R.T.Ərdoğan Livandan sonra növbəti hədəfin Türkiyə olacağını iddia edib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
