“Hizbullah”ın daha bir komandiri qətlə yetirildi | Vəziyyət daha da gərginləşir?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Livanın cənubundakı “Hizbullah” təşkilatının Radvan xüsusi təyinatlı qüvvələrinin komandiri Əli Camaləddin Cavadın hava zərbəsi ilə məhv edildiyini açıqlayıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin əməliyyatı Ebba bölgəsində həyata keçirilib.
Qeyd olunub ki, Cavadın məhv edilməsi “Hizbullah”ın Livanın cənubundan İsrailin şimalına qarşı terror fəaliyyəti həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə daraldır.
Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qonşu ölkənin cənubunda yerləşən Kfarkela bölgəsində təşkilatın hərbi hissəsinə və terror obyektinə hücum etdiyi bildirilir.
Bu arada, İsrail növbəti qərara qədər atəşkəs danışıqlarını dayandırıb. Belə ki, sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin yerinə seçiləcək ad təyin olunana və İran tərəfindən mümkün cavab hücumuna qədər İsraillə HƏMAS arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların dayandırıldığı bildirilir.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
