Hökumət və kilsənin “savaş”ı daha da alovlandı | Ermənistanda xaosun pərdəarxası
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda Baş nazir Nikol Paşinyanla Apostol Kilsəsi arasında qarşıdurma o qədər kəskinləşib ki, tərəflər kəskin ittiham və təhqirlərdən də çəkinmir.
Nikol Paşinyan sosial şəbəkə hesabında kilsə rəhbərliyini, eləcə də hazırkı qalmaqalın ilk “fitilini çəkmiş” keşiş Baqrat Qalstanyanı ifşa edən məlumatlar paylaşıb. Baş nazir bütün ermənilərin katolikosuna da qalmaqallı sual verib.
“2-ci Qaregin, sənin övladın var?” sualını verən N.Paşinyan Eçmiədzindən bunun araşdırılmasını tələb edib. Çünki “subaylıq andı” içənlər ailə, övlad sahibi ola bilməzlər.
Təbii ki, kilsə və hökumət arasında yaranan bu gərginlik təkcə şəxsi müstəvidə baş verən qalmaqal deyil. Baş verənlər siyasi böhran kimi xarakterizə edilir.
Qarabağ klanı hakimiyyətdə olarkən kilsə və hökumətin münasibətləri normal idi. Lakin Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra tərəflər arasında gərginlik yaranmağa başlayıb. Buna görə də N.Paşinyan hökuməti kilsəyə dövlət nəzarətini tətbiq etmək niyyətindədir.
Belə olan halda kilsənin xaricdən maliyyələşməsini də idarə etmək mümkün olacaq. N.Paşinyanın 2-ci Qaregini hədəf almaqda 2 məqsədi var. Birincisi, kilsə rəhbərliyini dəyişmək, ikincisi isə kilsənin nüfuzunu zəiflətməkdir.
Qeyd edək ki, Ermənistanda kilsənin siyasiləşdirilməsinin kulminasiya nöqtəsi keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyaları olub. Keşişlərə qoşulan etirazçıların sayı isə müxalifət tərəfdarlarından daha çox olurdu. Bu səbəbdən Ermənistan müxalifəti kilsəni öz tərəfinə çəkməyə çalışır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
