Hörmüz boğazındakı partlayışlar bölgədə yeni gərginlik dalğası yaradıb - Baku TV
İranın Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında azı iki partlayış səsi eşidilib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Hakimiyyət orqanları hələlik partlayışlarla bağlı açıqlama verməyib.
Bu arada İran vasitəçilər vasitəsilə ABŞ-yə yeddi şərt göndərib. Hörmüz boğazının açılmasının bu şərtlərin yerinə yetirilməsindən asılı olduğu bildirilir.
Bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, İran Hörmüz boğazının açılması üçün vasitəçilər vasitəsilə ABŞ-yə yeddi şərt göndərib. İranın yüksək hakimiyyət orqanları tərəfindən təsdiqlənən bu yeddi şərt yerinə yetirilənədək Hörmüz boğazı bağlı qalacaq.
Beləliklə, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil. Mənbə qeyd edib ki, boğazın açılması tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır.
#İran teqi istifadə olunub
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına belə təsir etdi - Baku TV
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına necə təsir etdi? - Baku TV CANLI
- İran və Oman strateji marşrutun bağlanması məsələsində ortaq mövqeyə gəlib - Baku TV
- İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər - Baku TV CANLI
- İranda dəhşətli anlar | Qarşıdurma ciddi itkilərlə nəticələndi - Baku TV CANLI
