İclasda dava düşdü, nazirlər bir-birinə girdi | İsraildə hökumətdaxili qalmaqal
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail mətbuatının yaydığı xəbərə görə, hökumətin kabinet iclası böyük davaya səhnə olub.
Baş qərargah rəisi Herzi Halevi də daxil olmaqla, bir çox nazirin İsrail Müdafiə Qüvvələrinin nümayəndələrini ittiham etməsindən sonra salonda qışqırıqlar eşidilib.
Bəzi xəbər agentlikləri bağlı qapılar arxasında gedən dava-dalaş səslərinin dəhlizə qədər yayıldığını bildirib.
Maliyyə naziri Bezalel Smotriç, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, nəqliyyat naziri Miri Regev və regional əməkdaşlıq naziri David Amsalem, 2005-ci ildə Qəzza zolağından çəkilməyə dəstək verən İsrail Müdafiə Qüvvələrinin rəsmiləri 7 oktyabr hücumuna qədər olan hadisələri təhlil edərkən qəzəblərini ifadə ediblər.
Bir nazir “KAN” xəbər agentliyinə açıqlamasında hadisəni rüsvayçılıq adlandırıb:
“Rüsvayçı mübahisə başladı. Ordu haqqında danışdılar. Müdafiə qurumunun bəzi yüksək rütbəli üzvləri getdi. Bizə nazirlərin iclas zalının kənarından qışqırıq səslərini eşitdiklərini söyləyən insanlar var idi”.
Bildirilir ki, hadisədən sonra İsrailin Baş naziri Benyamin Netanyahu iclası yekunlaşdıraraq Haleviyə “bəzən nazirləri dinləmək lazımdır” deyib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
