Pleyeri seçin:

İddia: Çin vətəndaşları ABŞ-də məxfi obyektlərə azmış turist kimi girirlər

04 sentyabr 2023 188 baxış

Çin vətəndaşları ABŞ-nin məxfi obyektlərinə azmış turist kimi girirlər.

“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən iddia edir ki, son illərdə Çin vətəndaşları azmış turist adı ilə ABŞ-dəki hərbi və digər məxfi obyektlərin ərazisinə dəfələrlə daxil olublar.

Xarici media xəbər verir ki, rəsmilərin sözlərinə görə, son illərdə 100-ə yaxın belə hal adətən populyar turizm marşrutlarından və böyük hava limanlarından uzaq kənd yerlərində baş verib. İddia olunur ki, casusluğun bu forması Amerika obyektlərinin təhlükəsizlik sistemlərini sınaqdan keçirmək məqsədi daşıyır.

“Çinin üstünlüyü ondan ibarətdir ki, onlar məlumat toplamaq üçün çox sayda insan göndərməyə hazırdırlar. Əgər onlardan bəziləri tutulsa, ABŞ hökuməti üçün qeyri-qanuni girişdən başqa bir şey sübut etmək çox çətin olacaq və tutulmayanlar çox güman ki, faydalı bir şey öyrənəcəklər", – deyə Vaşinqtonda strateji mərkəzin baş əməkdaşı Emili Hardinq deyib.

Belə hadisələr ABŞ qanunvericilərinin ciddi boşluqlarına səbəb olur. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Ceyson Krounun sözlərinə görə, Konqres qanunvericiliyin qəbulunu nəzərdən keçirə bilər, çünki bu işlərin bir çoxu federal səviyyədə deyil, yerli səviyyədə həll olunduğu üçün diqqətdən kənarda qalır.

Çinin ABŞ-dəki səfirliyi isə casusluq iddialarını “zərərli uydurma” adlandırıb.

Çin səfirliyinin sözçüsü Liu Penyu deyib: "ABŞ-nin müvafiq rəsmilərini soyuq müharibə zehniyyətindən əl çəkməyə, əsassız ittihamları dayandırmağa və iki ölkə arasında etimad və iki xalq arasında dostluq yaratmaq üçün səy göstərməyə çağırırıq".

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 188 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 188 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 188 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 188 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 188 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 188 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 188 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 188 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 188 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 188 baxış
Seçilmişlər
icon