Pleyeri seçin:

İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV

14 avqust 2026 243 baxış

Ukrayna Silahlı Qüvvələrinin “Su-27” qırıcı təyyarəsi Rusiya Ordusunun pilotsuz uçuş aparatlarının operatorlarının da yerləşdiyi komanda məntəqəsinə zərbə endirib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Oleksandr Dovxaç adına 39-cu Taktiki Aviasiya Briqadası məlumat verib.

Briqadanın açıqlamasına görə, Ukrayna hərbi aviasiyasının pilotu Rusiya qoşunlarının şəxsi heyətinin, o cümlədən dron operatorlarının yerləşdiyi idarəetmə məntəqəsini hədəfə alıb.

Məlumata görə, əməliyyat zamanı “Su-27”nin ekipajı iki idarəolunan aviasiya bombası tətbiq edib. Zərbənin dəqiq icra olunduğu və hədəfin məhv edildiyi bildirilib.

Ukrayna tərəfinin yaydığı məlumata əsasən, hücum nəticəsində komanda məntəqəsi tamamilə sıradan çıxarılıb.

Briqada həmçinin obyektin daxilində olan Rusiya hərbçilərinin zərərsizləşdirildiyini açıqlayıb. 39-cu Taktiki Aviasiya Briqadası əməliyyatın konkret olaraq harada həyata keçirildiyini və zərbənin hansı vaxtda endirildiyini açıqlamayıb.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında davam edən müharibədə pilotsuz uçuş aparatlarının tətbiqi və onların idarə olunduğu məntəqələrin məhv edilməsi tərəflərin əsas hədəflərindən biridir. Rusiya tərəfi isə bu hücumla bağlı hər hansı açıqlama verməyib.

Kopyalandı
Banner
Təbii fəlakət zamanı xəsarət alanlar olub

Təbii fəlakət zamanı xəsarət alanlar olub

Dünya
10 oktyabr 2026 243 baxış
Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?

Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?

Dünya
10 oktyabr 2026 243 baxış
Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib

Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib

Dünya
10 oktyabr 2026 243 baxış
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini tənqid edib

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini tənqid edib

Dünya
10 oktyabr 2026 243 baxış
Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq

Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq

Dünya
10 oktyabr 2026 243 baxış
Rusiya səmasında dron təhlükəsi hava nəqliyyatını iflic etdi

Rusiya səmasında dron təhlükəsi hava nəqliyyatını iflic etdi

Dünya
10 oktyabr 2026 243 baxış
Güclü sel avtomobilləri cənginə aldı

Güclü sel avtomobilləri cənginə aldı

Dünya
10 oktyabr 2026 243 baxış
ABŞ və İran arasında təhlükəli mərhələ

ABŞ və İran arasında təhlükəli mərhələ

Dünya
10 oktyabr 2026 243 baxış
Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI

Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI

Dünya
10 oktyabr 2026 243 baxış
Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV

Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV

Dünya
10 oktyabr 2026 243 baxış
Seçilmişlər
icon