Pleyeri seçin:
İlon Mask bitkoinin kəskin ucuzlaşmasına səbəb olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bitkoin kəskin ucuzlaşıb. Belə ki, kriptovalyuta 9 faiz azalaraq 28 min 500 dollar səviyyəsindən 26 min dollara qədər enib. Bu, son 2 ayda müşahidə edilən ən aşağı qiymətdir.
Ucuzlaşma İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin 2021-ci və 2022-ci illərdə 373 milyon dollar dəyərində olan bütün bitkoinlərini satması ilə bağlı “The Wall Street Journal” nəşrinin xəbərindən bir neçə saat sonra baş verib.
Bitkoinin ucuzlaşması digər kriptovalyutaların da 7 faizdən çox dəyər itirməsinə səbəb olub. Nəticədə kriptovalyuta bazarı 1 milyard dollardan çox kiçilib.
Qeyd edək ki, 1,1 trilyon dollar dəyərində olan ümumi kriptovalyuta bazarının 49 faizindən çox hissəsini bitkoin təşkil edir.
Kopyalandı
#İlon Mask teqi istifadə olunub
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- “Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib
