İlon Mask və Baydendən Priqojinin ölümünə reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya gündəmini zəbt edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümünə ABŞ Prezidenti Cozef Bayden münasibət bildirib.
Ağ Ev lideri Tver vilayətində baş verən təyyarə qəzasına təəccüblənmədiyini deyib:
“Məndən vaxtilə Priqojinin qaldırdığı qiyam barədə fikrimi soruşmuşdunuz, mən də demişdim ki, onun yerində olsam, yemək-içməyimə diqqət edərdim. Qəza barədə məlumatım yoxdur, amma bu hadisənin baş verməsinə heç təəccüblənmədim. Rusiyada Putinin arxasında olmadığı çox az şey var. Lakin dediyim kimi, bu barədə kifayət qədər məlumatım olmadığı üçün əlavə nəsə deyə bilmərəm”.
Məşhur iş adamı və “SpaceX”in qurucusu İlon Mask isə təyyarə qəzasının “gözlənilməz olduğu” ilə bağlı paylaşımlara cavab olaraq bunun “psixoloji əməliyyat” ola biləcəyi ehtimalını irəli sürüb.
#Yevgeni Priqojin teqi istifadə olunub
- Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Priqojinin ölmədiyini iddia edən Budanov daha nələr dedi?
- Priqojinin öldüyünə dair sübut yoxdur | Budanovdan qalmaqallı açıqlama
