İnsanları qorxuya salan zəncirvari qəza | Qazaxıstandan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda baş verən zəncirvari qəzada 100-ə yaxın avtomobil toqquşub.
“Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bulandın rayon xəstəxanasına müraciət edib, onlardan dördü xəstəxanaya yerləşdirilib”, – deyə Akmola vilayətinin Polis İdarəsindən məlumat verilib.
Xəbərə görə, 30 avtomobil öz hərəkəti ilə yola düşə bilib, daha 10 avtomobil isə daşıyıcı vasitəsilə təxliyə edilib. Eyni zamanda ərazidə magistral yolda avtomobillərin yolu boşalda bilməsi üçün ayırıcı hasar sökülüb.
Regional Fövqəladə Hallar Departamenti əhalini yaşayış məntəqələrindən kənara çıxmamağa çağırıb. Xilasetmə əməliyyatlarına 68 texnika və 152 xilasedici cəlb olunub, 70-dən çox insan təxliyə edilib.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
