İran ABŞ-dən yeni təkliflər alıb? | Pezeşkiandan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran Ordusu ölkəni müdafiə etməyə hazırdır.
"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, bu sözlər İran Prezidenti Məsud Pezeşkianın Milli Ordu Günü münasibətilə yayılan təbrikində qeyd olunub.
M.Pezeşkian həssas şəraitdə mövcud təhdidlərə işarə edərək ölkənin müdafiəsində Silahlı Qüvvələrin birgə fəaliyyətini, hazırlığını vurğulayıb və Ordunun rolunu həlledici hesab edib.
İran Prezidenti Ordunun xalqla dərin bağını, yardım və xidmət sahələrindəki fəal iştirakını müstəsna xüsusiyyətlər kimi xarakterizə edib.
Bu arada İranın Ali Milli Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, İran ABŞ-dən Pakistan vasitəsilə danışıqlar üçün yeni təklifləri alıb və hazırda bunlar nəzərdən keçirilir.
"Son günlərdə Pakistan Ordusu komandanının danışıqlarda vasitəçi kimi Tehrana səfəri ilə əlaqədar amerikalılar yeni təkliflər irəli sürüblər və İran onları nəzərdən keçirir, lakin hələ cavab verməyib", – Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
#İran Ordusu teqi istifadə olunub
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Sərhədlərə 50-dən çox hərbi bölmə yerləşdirən Tehran hansı məqsədi güdür? - Baku TV
- Son hərbi qarşıdurmadan sonra İranın müdafiə strategiyasında nə dəyişib? - Baku TV CANLI
- İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti davam etdirir
- İran Ordusu müdafiədən hücum doktrinasına keçdi
