İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-yə münaqişənin nizamlanması ilə bağlı yeni təklif təqdim edib.
"Axios" nəşri xəbər verir ki, təklifdə ABŞ-nin tətbiq etdiyi blokadanın aradan qaldırılması, Hörmüz boğazının açılması və daha sonra İranın nüvə proqramı üzrə danışıqlara keçid nəzərdə tutulur.
Məlumata görə, Tehran bu təklifi Vaşinqtona Pakistan vasitəçiləri üzərindən çatdırıb. Bildirilir ki, sənəd danışıqlarda yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmağa və tərəflər arasında fikir ayrılıqlarını azaltmağa yönəlib.
Qeyd olunur ki, təklif əsasən Hörmüz boğazı ətrafında yaranmış böhranın həllinə fokuslanıb. Bu çərçivədə tərəflərin ya uzunmüddətli atəşkəs rejimini uzatması, ya da müharibənin tam dayandırılması ilə bağlı razılığa gəlməsi nəzərdə tutulur.
Həmçinin bildirilir ki, nüvə proqramı üzrə danışıqlar yalnız sonrakı mərhələdə boğaz açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanacaq.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda kabinet iclası keçirərək İranla danışıqlardakı vəziyyəti və növbəti addımları müzakirə etməyi planlaşdırır.
#İran teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
