Pleyeri seçin:

İran dronlarına qarşı 1000 dollarlıq Ukrayna texnologiyası | Hamı Kiyevdən bunu istəyir! - Baku TV

25 mart 2026 1011 baxış

Ukraynadakı “SkyFall” fabrikində plastik dronlar 3D printerlərdə yığılır, daha sonra texniki vasitələrlə təchiz edilir. “Şahed” dronlarına qarşı bu aparatlardan istifadə edilir.

Ukrayna Ordusunun məlumatına görə, təkcə fevralda Kiyevdə və ətrafında zərərsizləşdirilən Rusiyanın atdığı dronların 70 %-ni bu tip dronlar vurub.

Effektiv olan bu dron tutanların qiyməti 1000 dollar civarındadır. İran tərəfindən dizayn edilən və hazırda Rusiyanın kütləvi istehsal etdiyi “Şahed-136” dronlarının hər birinin qiyməti isə 50 000 ilə 100 000 dollar arasındadır. Həmin dronları vurmaq üçün onlardan dəfələrlə baha olan raketlərdən istifadə edilirdi.

Müqayisə üçün deyək ki, ABŞ-nin məşhur “Patriot” Hava Hücumundan Müdafiə sistemində istifadə edilən “PAC-3” raketlərinin hər biri 4 milyon dollara başa gəlir. İndi isə 50 min dollarlıq “Şahed”i 1000 dollara vurmaq mümkün olub.

Ukraynanın əldə etdiyi bu böyük inkişaf artıq bütün dünyada maraq yaradıb. Hətta şirkət Ukraynanın ehtiyaclarından əlavə ayda 50 000-ə qədər dron tutanlar istehsal etməyi və onların da 5 000-dən 10 000-nə qədərini ixrac etməyi nəzərdə tutur. Xüsusən də Ukraynadan başqa hazırda Yaxın Şərq ölkələrinin xüsusi təyinatlı obyektəri İran dronlarının, “Şahed”lərin hücumuna məruz qalır.

“Biz Yaxın Şərqdəki tərəfdaşlarımızdan və digər ölkələrdən bununla bağlı sorğular almışıq. Bunların konkret hansı ölkələr olduğu, təşəbbüslər və ya layihələr barədə ətraflı məlumat verə bilmərəm. Məhsulumuz Ukrayna Ordusu üçün, digər ölkələr üçün də dünyanın ən ucuz dronlarıdır. İxrac üçün olsa belə, qiymət yenə də ən ucuz olacaq, çünki dünyada bundan daha ucuz dron tutan yoxdur”, – “SkyFall” dron şirkətinin nümayəndəsi deyib.

Banner
Dispetçer avadanlığındakı nasazlıq hava nəqliyyatını iflic etdi

Dispetçer avadanlığındakı nasazlıq hava nəqliyyatını iflic etdi

Dünya
14 noyabr 2026 1011 baxış
SEPAH qaydaları pozan gəmilərə sərt xəbərdarlıq edib

SEPAH qaydaları pozan gəmilərə sərt xəbərdarlıq edib

Dünya
14 noyabr 2026 1011 baxış
Putinin hədəfləri dəyişdi? - Rusiyanın yeni planları sarsıdıcı olacaq? - Baku TV CANLI

Putinin hədəfləri dəyişdi? - Rusiyanın yeni planları sarsıdıcı olacaq? - Baku TV CANLI

Dünya
14 noyabr 2026 1011 baxış
Donald Tusk: "Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək"

Donald Tusk: "Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək"

Dünya
14 noyabr 2026 1011 baxış
“Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın” | Kreml

“Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın” | Kreml

Dünya
14 noyabr 2026 1011 baxış
Şaxta babalar üçün təlimlərə start verilib

Şaxta babalar üçün təlimlərə start verilib

Dünya
14 noyabr 2026 1011 baxış
“Qoz və fındıq gümrahlıq baxımından qəhvəyə alternativ hesab olunmur” | Diyetoloq

“Qoz və fındıq gümrahlıq baxımından qəhvəyə alternativ hesab olunmur” | Diyetoloq

Dünya
14 noyabr 2026 1011 baxış
Qaraboyunlu durnalar qışlamaq üçün qoruğa üz tutub

Qaraboyunlu durnalar qışlamaq üçün qoruğa üz tutub

Dünya
14 noyabr 2026 1011 baxış
ABŞ maliyyə naziri təhlükəsizlik səbəbindən hərbi bazaya köçüb

ABŞ maliyyə naziri təhlükəsizlik səbəbindən hərbi bazaya köçüb

Dünya
14 noyabr 2026 1011 baxış
Atəşkəs razılaşmasına beynəlxalq nəzarət variantı müzakirə olunur

Atəşkəs razılaşmasına beynəlxalq nəzarət variantı müzakirə olunur

Dünya
14 noyabr 2026 1011 baxış
Seçilmişlər
icon