İran hazırlıq görür | ABŞ ilə “nüvə savaşı” necə həll ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin ali rəhbəri Əli Xameneinin mesajını Rusiya Prezidentinə çatdıracağını deyib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bununla yanaşı, o bildirib ki, İran ABŞ ilə uranın zənginləşdirilməsi məsələsini Tehran üçün məqbul şərtlərlə müzakirə etməyə hazırdır.
A.Əraqçının sözlərinə görə, bu, Vaşinqtonun İranın nüvə proqramının tam ləğv edilməsində israr etməyi dayandıracağı halda mümkündür.
"Əgər amerikalılar konstruktiv mövqe tutsalar, mümkün sövdələşmə ilə bağlı danışıqlara başlaya bilərik. İranın uranı zənginləşdirməsi real məsələdir və biz bəzi narahatlıqlara baxmayaraq, Tehranın nüvə proqramına etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipi müzakirə mövzusu deyil", – deyə nazir qeyd edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
