İran nefti hansı bayraq altında daşınır? - ABŞ-nin sanksiya siyahısında görün kimlər var - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Maliyyə Nazirliyi Rusiya və Tacikistan vətəndaşı Əlişer Domullocanovu İrana qarşı sanksiya siyahısına əlavə edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, siyahıya Hindistanın daha 4 vətəndaşı və Hindistan, Türkiyə və Sinqapurda fəaliyyət göstərən 10 təşkilat daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar İranın "kölgə donanması"na dəstək verən şəxslərə və qurumlara qarşı tətbiq olunur. Onlar İran neftinin daşınmasında iştirak edən, o cümlədən İran Silahlı Qüvvələrinin adından fəaliyyət göstərən sanksiyalı gəmilərə saxta bayraqlar və sertifikatlar təqdim etməkdə, həmçinin İranın aviasiya sektoruna dəstək verməkdə ittiham olunurlar.
ABŞ Maliyyə Nazirliyi həmçinin şirkətləri saxta bayraq altında üzən gəmiləri icarəyə götürməyin riskləri barədə xəbərdar edib. Qurum bildirib ki, bu gəmilərin lazımi sığorta və digər sənədlərinin olmaması onların fəaliyyət göstərdiyi ölkələrə milyardlarla dollar ziyan vura bilər.
#ABŞ Maliyyə Nazirliyi teqi istifadə olunub
- İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI
- Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir
- ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV
- ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
- ABŞ-nin dövlət borcu ilə bağlı məlumatlar yalandır?
