İran Parlamentində qeyri-adi qadağa | Sədr qərarın detallarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
İran parlamentinin sədri Məhəmməd Baqir parlamentdə mobil telefonlardan istifadə ilə bağlı yeni qərarı açıqlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Onun sözlərinə görə, Rəyasət Heyətinin qərarına əsasən, millət vəkillərinin parlamentdə mobil telefondan istifadə etməsi qadağan olunub.
Məhəmməd Baqir bildirib ki, bu addım əsasən təhlükəsizlik narahatlıqları ilə bağlıdır.
"Nümayəndələr parlamentdə olduqları zaman mobil telefonla danışa bilməyəcəklər. Onlar yalnız təkliflər vermək və vəzifələrini yerinə yetirməklə məşğul olmalıdırlar", ‒ deyə M.Baqir qeyd edib.
Yeni qərar parlamentdə texnoloji vasitələrdən istifadəyə nəzarətin artırılması və informasiyaların sızmasının qarşısını almaq məqsədi daşıyır.
#İran parlamenti teqi istifadə olunub
- Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib
- ABŞ iqtisadi müharibədə İrana məğlub olur?
- “Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV
- Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi
- Deputatlar danışıqların aparılmasına qarşıdır?
