İran Prezidentindən İsrailə hücumla bağlı açıqlama | Qətiyyətlə cavab verəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
“İranın İsrailə raket zərbələri ölkənin “qanuni hüquqlarına” əsaslanıb”.
Bunu İran Prezidenti Məsud Pezeşkian “X”dəki hesabında bildirib.
“Bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb. Netanyahu bilməlidir ki, İran müharibəni qızışdıran deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”, – deyə M.Pezeşkian vurğulayıb.
O həmçinin İsrailin toxunulmaz olmadığını və dəmir qübbə sistemlərinin aşıla bildiyini göstərdiklərini deyib.
“Bizim hökumət Qərbə və hər kəsə açıq şəkildə bildirdi ki, biz sülh və qarşılıqlı hörmətə dayanan əməkdaşlıq istəyirik. Qərb ağaları sionist rejimini dayandırmadı, İran nüvə proqramını da müzakirə etməyə hazırdır. Təhlükəsizliyimizə qarşı heç bir təhdidi cavabsız qoymayacağıq. Əgər Qərbin siyasi iradəsi varsa, İsraili dayandırsın. İsrail ABŞ olmadan təklənə bilər”, – deyə M.Pezeşkian bildirib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
