İran və ABŞ arasında hansı danışıqlar baş verib?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə hərbi əməliyyatların başlamasından sonra ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb.
Bu barədə “Reuters” adı açıqlanmayan bir neçə diplomata istinadən məlumat yayıb.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə əsasən, Abbas Əraqçi bildirib ki, İsrail iyunun 13-də başlayan hücumlarını dayandırmasa, Tehran danışıqlara qatılmayacaq.
Onlar həmçinin bildiriblər ki, danışıqlarda İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədilə ABŞ-nin mayın sonunda İrana verdiyi təklifin qısa müzakirəsi olub və Tehran bu təklifi indiyədək rədd edib.
ABŞ və İran rəsmiləri “Reuters“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.
Məlumatda o da qeyd olunub ki, bu həftəki telefon danışıqları apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.
Tehrana yaxın diplomatlardan birinin sözlərinə görə, Abbas Əraqçi Stiv Uitkoffa deyib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
