Pleyeri seçin:

İran və ABŞ arasında məxfi danışıqların pərdəarxası

18 iyun 2026 304 baxış

İran Prezidenti Məsud Pezeşkian rəsmi Tehran ilə Vaşinqton arasında əldə olunmuş yeni anlaşma memorandumunu ölkə və region tarixi üçün "dönüş nöqtəsi" adlandırıb.

Dövlət başçısı bu barədə özünün rəsmi "X" sosial şəbəkə hesabında geniş bəyanatla çıxış edib.

Pezeşkian imzalanan sənədi "tarixi sənəd" kimi xarakterizə edərək bunun eyni zamanda qüdrətli və geri addım atmayan İran dövlətinin dünyaya növbəti bir mesajı olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, tərəflər arasında uzun müddətdir davam edən gərginlikdən sonra əldə olunan bu razılaşma qlobal sülhün və regional sabitliyin yalnız və yalnız qarşılıqlı hörmət kölgəsində mümkün ola biləcəyini bütün bəşəriyyətə nümayiş etdirdi.

İran Prezidenti bəyanatında rəsmi Tehranın xarici siyasət kursunun əsas prinsiplərinə də toxunub. O bildirib ki, İran İslam Respublikası öz milli şərəfini, dövlət müstəqilliyini və suverenlik prinsiplərini tam şəkildə qorumaq şərti ilə qlobal sülhün təmin olunmasına, regional əməkdaşlığın genişləndirilməsinə və iqtisadi-siyasi tərəqqiyə hər zaman sadiqdir və bundan sonra da bu xəttə sadiq qalacaq.

Mənbələr Pezeşkianın bu açıqlamasını İranda hakimiyyətə gələn islahatçı qanadın Qərblə münasibətləri normallaşdırmaq və ölkəni iqtisadi sanksiyalar qəfəsindən çıxarmaq istiqamətində atdığı ən ciddi və cəsarətli addımlardan biri kimi qiymətləndirirlər.

ABŞ və İran rəsmiləri arasında pərdəarxası aparılan diplomatik təmasların nəticəsi olan bu memorandumun yaxın gələcəkdə Yaxın Şərqdəki geosiyasi balansa necə təsir göstərəcəyi isə dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 304 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 304 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 304 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 304 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 304 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 304 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 304 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 304 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 304 baxış
Seçilmişlər
icon