Pleyeri seçin:

İran və Ermənistan dostluğu bitir, yoxsa...? | Mehdi Sübhanidən açıqlama

18 iyul 2025 652 baxış

Ermənistan müstəqil dövlətdir və İran hesab edir ki, İrəvanın xarici siyasətini şaxələndirməsi onun təbii hüququdur.

Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrəvanın Qərblə yaxınlaşmasına toxunaraq deyib.

O bildirib ki, Tehran Ermənistanın Qərblə əlaqələrinin inkişaf etdirilməsi imkanını İrana qarşı bir addım hesab etmir:

“Ermənistan, sadəcə olaraq, müxtəlif yollarla öz ölkəsinin xeyrinə münasibətlərini şaxələndirməyə çalışır. Ermənistan müstəqil ölkədir. Biz ona deyə bilmərik ki, filan dövlətlə münasibət qurun, filan ölkə ilə münasibətlər qurmayın. Biz sadəcə olaraq düşünürük ki, Ermənistanın xarici əlaqələrinin inkişafı İranla münasibətlərə də kömək edə bilər”.

M.Sübhani qeyd edib ki, bu yaxınlarda Ermənistanda Dünya Bankı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İran şirkəti tərəfindən həyata keçirilən tullantıların təkrar emalı zavodunun açılış mərasimində iştirak edib:

“Gözləyirik ki, Ermənistan İranla əlaqələri inkişaf etdirmək üçün Avropa və digər ölkələrlə yaxşı münasibətlərindən istifadə edəcək. İrəvan bizi əmin edib ki, xarici əlaqələrin inkişafı İranla Ermənistan arasındakı münasibətlərə qarşı yönəlməyib.

Erməni dostlarımıza güvənirik, Ermənistan hökuməti İranla münasibətlərini çox incə saxlayır və qoruyur, çünki baş verənlər iki ölkənin və iki xalqın maraqlarına uyğundur. Bu, ticarətin inkişafına, iki ölkə arasında iqtisadi əlaqələrin fəallaşmasına, turizm və mədəni əməkdaşlığın inkişafına töhfə verir və bütün bunlar həm İranın, həm də Ermənistanın iqtisadiyyatının inkişafına töhfə verir”.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 652 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 652 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 652 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 652 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 652 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 652 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 652 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 652 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 652 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 652 baxış
Seçilmişlər
icon