İrana gedən yol bağlandı | Paşinyanı devirmək istəyənlər hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə paytaxtda və regionlarda vətəndaş itaətsizliyi aksiyalarına başlanılıb.
Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək onun əleyhinə şüarlar səsləndiriblər.
Yerli medianın xəbərinə görə, nümayişçilər ölkənin Əştərək şəhəri ərazisindən İrana gedən dövlətlərarası avtomobil yolunu və İrəvanın mərkəzi küçə və prospektlərini bağlayıblar. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın yolun bağlanmasında şəxsən iştirak etdiyi bildirilib.
Polisin qanuni tələbini yerinə yetirməyən aksiya iştirakçıları ilə toqquşma yaşanıb. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən nümayişdə artıq 300-ə qədər insan saxlanılıb. Onlar arasında KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov, Ermənistan parlamentinin deputatı Aşot Simonyan, müğənnilər – Arsen Qriqoryan, David Amalyan da var.
Xəbərdə həmçinin qeyd olunub ki, İrəvan şəhəri polis rəisi jurnalistlərə verdiyi açıqlamasında keşiş Baqrat Qalstanyanı sakitliyə və normal davranmağa çağırıb.
“Ona özünü normal aparmağı nəsihət edin, xalqı isə normal davranmağa çağırın”, – deyə o, jurnalistlərə məsləhət görüb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
