İrana İsraillə bağlı təcili zəng | Əgər bu zərbəni endirsəniz...
Yeniliklərdən dərhal xəbərdar olun
İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab tədbirlərini təxirə salmaq qərarına gəlib. Məqsəd vasitəçilərə Qəzza zolağında atəşkəs əldə etmək üçün işləməyə mane olmamaqdır.
Bu barədə “The New York Times” Amerika, İran və İsrail rəsmilərinə istinadla yazıb.
İran rəsmiləri nəşrə bildirib ki, danışıqların birinci günü başa çatdıqdan sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kaniyə zəng edib və danışıqların getdiyi bir vaxtda hər hansı gərginlikdən çəkinməyə çağırıb.
Söhbət zamanı onlar regionda gərginliyin azaldılmasının zəruriliyini vurğulayıblar.
Eyni zamanda Bagiri Kani qeyd edib ki, Qətərin Baş naziri münaqişənin sona çatması ilə bağlı danışıqların “həssas” mərhələdə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ, Misir, Qətər və İsrailin iştirak etdiyi danışıqlar 21 avqustda Qahirədə davam edəcək.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
