İrana niyə hücum ediləcək? - Ara qarışdı, gizli plan sızdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlaşır.
Bu barədə CNN telekanalı ABŞ-nin hakim dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“Son aylarda İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı əhəmiyyətli dərəcədə artıb. ABŞ ilə İran arasında Tehranın urandan tam imtina etməsini ehtiva etməyən sazişin imzalanması perspektivi bu zərbənin ehtimalını daha da artırır", ‒ rəsmi şəxslərdən biri telekanala bildirib.
Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı son qərarı qəbul edib-etmədiyini bilmir, ABŞ kəşfiyyat məlumatları isə yəhudi dövlətinin niyyətini birmənalı təsdiqləmir. Zərbəyə hazırlığın dolayı əlamətləri arasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus texnika və silahların yerdəyişməsi, onların manevrlərini göstərmək olar.
Eyni zamanda İsrailin İranı nüvə proqramı mövzusunda ciddi güzəştlərə getməyə məcbur etmək üçün güc yoluna əl atacağı istisna edilmir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
