İranda yer yerindən oynayır | Ölənlərin sayı...
Yeniliklərdən dərhal xəbərdar olun
İranda davam edən kütləvi etiraz aksiyaları və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində yaranmış vəziyyət kritik həddə çatıb. "Baku TV"-nin dünya bölməsinin "Human Rights Activist News Agency" təşkilatına istinadən verdiyi məlumata görə, aksiyaların 18-ci gününün yekunlarına əsasən, ölənlərin sayı 2615 nəfərə yüksəlib. Ölkənin 31 vilayətini əhatə edən iğtişaşlar zamanı 18 470 nəfərin həbs edildiyi bildirilir.
Məlumata görə, həyatını itirənlər arasında 13 uşaq və aksiyalarda iştirak etməyən 14 mülki şəxs var. Eyni zamanda, 153 təhlükəsizlik əməkdaşının da öldüyü vurğulanır. Yanvarın 14-nə olan məlumata görə, İranın 187 şəhərində 617-dən çox etiraz aksiyası qeydə alınıb. "Baku TV"-nin videomaterialında Tehran küçələrindəki gərginlik, ABŞ-ın mümkün əməliyyat anonsları və Rza Pəhləvinin İran cəmiyyətindəki mövqeyi ilə bağlı ekspert rəyləri geniş yer alır. İrandakı qanlı hadisələrin və ölənlərin sayı ilə bağlı son statistikalar bizim xüsusi reportajda.
#İran teqi istifadə olunub
- İran nefti hansı bayraq altında daşınır? - ABŞ-nin sanksiya siyahısında görün kimlər var - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
