İranın hücumu zamanı İsrailin hansı bölgələri vuruldu?
Yeniliklərdən dərhal xəbərdar olun
İranın hücumu ilə əlaqədar İsraildə şiddətli partlayışların qeydə alındığı bildirilir.
Yerli mediada yayılan məlumatlara görə, İran dronlarından ilki ərəb-müsəlman sakinlərinin sıx yaşadığı İsrailin Umm Əl-Fəhm şəhərinə düşüb, bir qismi isə Qüds səmasına daxil olub. Bəzi əyalətlərdə sirenalar çalmağa başlayıb.
İsrailin Dimona nüvə reaktorunun hücuma məruz qaldığı iddia edilir. Başqa bir məlumata görə, İranın 7 ballistik raketi İsrail Hərbi Hava Qüvvələrinin Negev səhrasındakı bazaya düşüb.
İsrail Müdafiə Nazirliyi İrana məxsus 100-dən çox PUA-nın zərərsizləşdirildiyini bildirib. SEPAH isə öz növbəsində hədəfləri uğurla məhv etdiyini, ilk buraxılışda 70, ikinci dəfə 80 raketin atıldığını diqqətə çatdırıb.
Bütün bunlarla yanaşı, ABŞ-nin NBC televiziyası amerikalı rəsmilərə istinadən Prezident Cozef Bayden Administrasiyasının İrana qarşı böyük hücuma hazırlaşdığını qeyd edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
