İranın Müdafiə nazirindən qonşu ölkələrə sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani İsraillə qonşu olan ölkələrə xəbərdarlıq edib.
İranlı nazir bildirib ki, İsrailə İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini açan istənilən ölkə onlardan qəti cavab alacaq.
Öz növbəsində Türkiyə tərəfi NATO ölkələrinə bildirib ki, İrana müdaxilə üçün öz ərazisindən istifadəyə imkan verməyəcək. Bu barədə Türkiyə KİV məlumat paylaşıb.
İran mediası isə yazır ki, İran İsrail rejiminə qarşı cəza hücumu zamanı İordaniyanın hərəkətlərini diqqətlə izləyir və onlar mümkün bir hərəkətdə iştirak etsələr, növbəti hədəfə çevriləcəklər. İran əməliyyatdan əvvəl İordaniya və region ölkələrinə lazımi xəbərdarlıqlar edib.
Bundan savayı, İranın BMT-də daimi nümayəndəliyi bəyan edib ki, İranın İsrailə hücumu BMT nizamnaməsində nəzərdə tutulan qaydada özünümüdafiə aktıdır. Bu, Tehran və Təl-Əviv arasında olan münaqişədir. ABŞ bu münaqişədən uzaq durmalıdır.
#İran Müdafiə Nazirliyi teqi istifadə olunub
- İranda müdafiə sahəsinə rəhbərlik edəcək yeni şəxs müəyyənləşib - Baku TV CANLI
- İranın yeni müdafiə naziri ölkənin hərbi siyasətini necə dəyişə bilər? - Baku TV
- ABŞ-İran danışıqları niyə dayandırıldı? - Sərt xəbərdarlıq
- İran Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həlak oldu - Baku TV CANLI
- Tehrandan Vaşinqtona sərt hədə | “Göz qırpmadan ABŞ bazalarını...”
