Pleyeri seçin:

ABŞ-İran danışıqları niyə dayandırıldı? - Sərt xəbərdarlıq

13 may 2026 407 baxış

“ABŞ İranın münaqişənin həlli ilə bağlı qanuni tələblərini qəbul etməsə, döyüş meydanında daha böyük məğlubiyyətlərlə üzləşəcək”.

Bunu İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayiniq deyib.

“Əgər qarşı tərəf diplomatiya sahəsində İran xalqının qanuni və konkret tələblərini qəbul etməsə, onda döyüş meydanında yenidən məğlubiyyətlərini görməyə hazır olmalıdır. Düşmən tərəfindən istənilən yeni təhdid, hücum və ya təcavüz dərhal, qətiyyətli və son cavabla qarşılanacaq. Bu, qarşı tərəfi etdiklərinə peşman edəcək”, – general bildirib.

Rza Talayiniq qeyd edib ki, İran bu məcburi müharibənin qalibi olmağa davam edəcək.

Mayın 10-da İran Pakistan vasitəsilə Amerikanın təkliflərinə cavab verib. ABŞ Prezidenti Donald Tramp Tehranın cavabını “qəbuledilməz” adlandırıb. Ardınca “Fars” xəbər agentliyi mənbələrə istinadla yazıb ki, İran Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər ABŞ ilə danışıqları bərpa etməyəcək. Bu şərtlərə bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.

Banner
İranda müdafiə sahəsinə rəhbərlik edəcək yeni şəxs müəyyənləşib - Baku TV CANLI

İranda müdafiə sahəsinə rəhbərlik edəcək yeni şəxs müəyyənləşib - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
İran ABŞ-yə şərt qoydu

İran ABŞ-yə şərt qoydu

Dünya
18 oktyabr 2026 407 baxış
Rusiya dronları Rumıniyanı hədəf aldı? - Baku TV CANLI

Rusiya dronları Rumıniyanı hədəf aldı? - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
ABŞ və Kanada arasında ticarət sazişi imzalanacaq? - Baku TV CANLI

ABŞ və Kanada arasında ticarət sazişi imzalanacaq? - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
Fransada vəziyyət gərginləşir | İğtişaşların miqyası böyüyür - Baku TV CANLI

Fransada vəziyyət gərginləşir | İğtişaşların miqyası böyüyür - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib - Baku TV CANLI

Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb

Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb

Dünya
18 oktyabr 2026 407 baxış
70 mindən çox sərnişin yeniliklərdən yararlanıb

70 mindən çox sərnişin yeniliklərdən yararlanıb

Dünya
18 oktyabr 2026 407 baxış
Yerin təbii peykinin radiusunda kiçilmə qeydə alınıb

Yerin təbii peykinin radiusunda kiçilmə qeydə alınıb

Dünya
18 oktyabr 2026 407 baxış
Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI

Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI

Dünya
18 oktyabr 2026 407 baxış
Seçilmişlər
icon