Pleyeri seçin:

İran Ermənistanla bağlı bu ölkələrin sırasına qoşuldu | 500 milyon dollarlıq gizli silah müqaviləsi

23 may 2025 918 baxış

44 günlük Qarabağ müharibəsindən sonrakı dövrdə həm İran, həm də Ermənistan siyasətçiləri və ekspertləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilən məsələ bu günlərdə reallaşıb.

İran müdafiə naziri general Əziz Nəsirzadənin 20-21 may tarixlərində İrəvana rəsmi səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.

Bildirilir ki, bununla İranın Ermənistana son illər ərzində hər vəchlə gizlətməyə çalışdığı hərbi dəstəyi açıq müstəviyə keçib və İran rəsmən Ermənistanı silahlandıran Fransa-Hindistan-Yunanıstan üçlüyünə qoşulub:

"Ən maraqlısı budur ki, Tehranla İrəvan arasında hərbi anlaşma Azərbaycan və İran hərbçilərinin erməni işğalından azad edilmiş Qarabağ ərazisində "Araz-2025" adlı hərbi təlimlərin keçirildiyi günlərdə əldə olunub. Bu da İran hakimiyyətinin Cənubi Qafqazda illərdən bəri yürütdüyü Ermənistan ağırlıqlı ikibaşlı və ikiüzlü siyasətindən əl çəkmədiyini göstərir.

Son illər İranın Ermənistana müxtəlif növ silahlar, o cümlədən tank əleyhinə raketlər və müxtəlif dronlar verdiyi barədə xəbərlər yayılıb, həmçinin ötən il İranla Ermənistan arasında 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalandığı barədə məlumat üzə çıxıb. İran rəsmiləri 44 günlük müharibədən sonra Tehranın davranışı kontekstində məntiqi və inandırıcı görünən bu xəbərləri təkzib edib.

Amma İrəvana səfərinin başlanğıcında İranın müdafiə naziri deyib: "Hərbi sahədə İran-Ermənistan əlaqələrinin səviyyəsi çox yaxşıdır".

Əgər ortada real hərbi əməkdaşlıq, o cümlədən Ermənistana silah tədarükü yoxdursa, onda nazir bu sahədə əlaqələrin çox yaxşı olduğunu niyə bəyan etsin ki?!".

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 918 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 918 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 918 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 918 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 918 baxış
Seçilmişlər
icon