İranın mümkün zərbə planı Avropada təhlükəsizlik narahatlığı yaradıb - Baku TV
İranla ABŞ arasında gərginliyin daha da artacağı təqdirdə qarşıdurmanın Avropa ərazisinə keçə biləcəyi bildirilir. Tehran Avropada yerləşən ABŞ obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Bu barədə Böyük Britaniyanın məşhur “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tehran ABŞ ilə münasibətlərin daha da kəskinləşməsi halında Avropadakı Amerika hərbi infrastrukturunu və onun fəaliyyətinə dəstək verən obyektləri mümkün hədəflər sırasında nəzərdən keçirir.
“Financial Times” bildirir ki, belə ssenarinin aktuallaşması tərəflər arasında mövcud qarşılıqlı anlaşma memorandumunun müddətinin başa çatmasından sonra münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı ola bilər.
Mümkün istiqamətlərdən biri Bolqarıstandır. Qəzetin məlumatına görə, ötən ay Bolqarıstan hakimiyyəti ABŞ təyyarələrinin ölkə ərazisində yerləşən Bezmer aviabazasından yanacaq doldurmaq məqsədilə istifadə etməsinə icazə verib. Bu səbəbdən Bolqarıstan ərazisinin İranın nəzərdən keçirdiyi mümkün hədəflər sırasında olduğu bildirilir.
“Financial Times”ın mənbələri Kipr ərazisinin də mümkün hədəflər sırasında nəzərdən keçirildiyini bildiriblər.
Beləliklə, söhbət İranın bütövlükdə Avropa ölkələrinə hücum planından deyil, ABŞ ilə qarşıdurmanın genişlənəcəyi halda Avropa ərazisindəki Amerika obyektlərinin hədəfə alınması ehtimalından gedir.
#İran teqi istifadə olunub
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Tehranda keçirilən müzakirələrdə Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələsi önə çıxıb
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
