Pleyeri seçin:
Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
“Son günlərdə düşmənlərimiz, əsasən da İran və onun proksiləri tərəfindən İsraildə seçkilərə təsir göstərəcək hücumların həyata keçirilməsi cəhdlərini müşahidə edirik”.
İsrail mediasının məlumatına görə, bunu müdafiə naziri İsrael Katz deyib.
O, İran hakimiyyətinin özünün ən zəif nöqtəsində olduğunu, buna görə də Tehranın ifrat addımlar ata biləcəyini bildirib.
“Əgər İran İsrailə hücum edərsə, İran yanacaq”, – deyə Katz vurğulayıb.
Katz bir daha İsrailin Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çıxmayacağını bəyan edib.
Müdafiə naziri növbəti dəfə "Hizbullah"a xəbərdarlıq edib. O qeyd edib ki, əgər "Hizbullah" İrana qoşularaq İsrailə hücum edərsə, ən ağır zərbələri alacaq.
Kopyalandı
#İsrael Katz teqi istifadə olunub
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- İsrailin müdafiə naziri İranla bağlı diqqətçəkən açıqlamalar verdi - Baku TV CANLI
- İsrailin müdafiə naziri Qəzza ilə bağlı yeni açıqlama verib
- Netanyahu Suriyaya son xəbərdarlığını etdi | İsrail ordusu hərəkətə keçdi - Baku TV
- Əraqçidən ABŞ-yə savaşa hazırlıq mesajı | "Yeni zərbələr cavabsız qalmayacaq" - Baku TV
