Pleyeri seçin:

İranın növbəti hədəfi bu ölkələr olacaq? - Baku TV

28 fevral 2026 502 baxış

“Bölgədə ABŞ və İsrailə məxsus bütün obyektlər İran üçün qanuni hədəfdir”.

Bunu adı açıqlanmayan İran rəsmisi “Al Jazeera” telekanalına deyib.

“ABŞ ilə İsrailin Yaxın Şərqdəki bütün maraqları və mövcudluğu bizim üçün qanuni hədəf olacaq. Bu təcavüzdən sonra bizim heç bir “qırmızı xətt”imiz yoxdur və hər şey mümkündür. Hətta daha əvvəl nəzərdən keçirilməyən ssenarilər də baş verə bilər”, – deyə İran rəsmisi qeyd edib.

Onun sözlərinə görə, İran ABŞ və İsrailin hücumundan təəccüblənməyib. İran rəsmisi vurğulayıb ki, heç bir zaman məhdudiyyət olmayacaq və kompleks cavab veriləcək. İranın təslim olması və ya özünü cilovlaması ilə bağlı bütün çağırışlar qəbuledilməzdir, bu, sadəcə, xəyaldır. Bu arada Bəhreyndə həyəcan siqnalı işə düşüb.

Bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

Nazirlikdə həyəcan siqnalının işə düşmə səbəbləri hələlik dəqiqləşdirilməyib. Ölkə vətəndaşlarına və sakinlərinə sakit qalmaları və ən yaxın təhlükəsiz yerə getmələri tövsiyə olunub.

“Al Jazeera” telekanalının məlumatına görə, Bəhreyndə partlayışların baş verməsi barədə də məlumatlar daxil olur.

Bundan başqa, Bəhreyn Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyət elan etdiyi bildirilir. Ölkə hava məkanını bağlayıb. Bundan başqa, Qətərin də hava məkanını bağladığı bildirilir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 502 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 502 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 502 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 502 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 502 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 502 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 502 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 502 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 502 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 502 baxış
Seçilmişlər
icon