İranın nüvə obyektlərinə zərbə endiriləcək? - Tramp isə vecinə almır ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın razılıq və dəstəyi olmadan İsrail İranın nüvə obyektlərinə zərbə endirməyəcək.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti israilli və ərəb diplomatlara istinadən məlumat yayıb.
Onların fikrincə, Təl-Əviv Ağ Evin müsbət rəyi olmadan belə bir addım atmayacaq. Çünki bu, Trampı qəzəbləndirər və İsrail ABŞ-nin dəstəyindən məhrum olar.
Donald Tramp isə hazırda İranın nüvə proqramı ilə bağlı suallara diplomatik yolla cavab tapmağa çalışır.
Nəşrin yazdığına görə, Tramp İranla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun hücum çağırışlarını da qulaq ardına vurur.
Başqa bir fakt isə odur ki, Donald Tramp hakimiyyətə gələndən sonra Benyamin Netanyahu Yaxın Şərqdə özünü daha rahat hiss etməyə başlayıb. Söhbət onun apardığı siyasət, Qəzza zolağı, Livan və Suriyaya hücumların intensivləşməsindən gedir.
Tramp administrasiyasının dəyişkən mövqeyinə görə isə İsrail ehtiyatını əldən vermək fikrində deyil.
Qeyd edək ki, daha əvvəl “Reuters”də yayılan məlumatda İsrailin İranın nüvə obyektlərinə hücumla bağlı bir neçə variantı ABŞ-yə təqdim etdiyi qeyd olunub. Aprelin 17-də isə “The New York Times” İsrailin hücuma hazırlaşdığı barədə informasiya bölüşüb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
