İranın regionla bağlı məqsədi nədir? | Moskva və Tehran ABŞ-nin sərt cavabına hər an hazır olsun!
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan “Tramp marşrutu” ‒ Zəngəzur dəhlizi üzrə saziş bölgədə yeni siyasi dinamikanın əsas gündəm mövzusuna çevrilib.
ABŞ Dövlət Departamenti açıq şəkildə bəyan edir ki, İran və Rusiya bu layihəyə mane olmağa cəhd etsə, Tramp administrasiyası sərt mövqe sərgiləyəcək.
Vaşinqtonda bu qənaətdədirlər ki, əvvəlki illərdə bölgədə sülh cəhdləri uğursuz olsa da, məhz bu razılaşma real nəticə verib və yeni iqtisadi imkanlar açır.
Tehran isə dəhlizin açılmasını birmənalı qarşılamır. Prezident Məsud Pezeşkian layihənin mövcud sərhədləri dəyişmədiyini və İranın maraqlarını nəzərə aldığını desə də, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti və sərt xətt tərəfdarları bunu “İrana qarşı siyasi plan” adlandırırlar. Onlar iddia edirlər ki, NATO bölgədə möhkəmlənmək istəyir və İran buna imkan verməyəcək.
Politoloqlar hesab edirlər ki, Tehran bu mövzuda real addım atmayacaq və onların məsələni İsrail kontekstinə bağlaması əsassızdır.
Ekspertlərin sözlərinə görə, layihə yalnız Azərbaycanın deyil, Ermənistan və ABŞ-nin də razılığı ilə reallaşır və İrana hüquqi olaraq etiraz imkanı vermir.
İranlı analitik Məsud Xarayi isə bildirir ki, mühafizəkar dairələr əslində Cənubi Azərbaycanın Zəngəzur vasitəsilə Bakıya birbaşa bağlantı əldə etməsindən narahatdırlar.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
