İranlı diplomat Əfqanıstandan niyə qovuldu?
Yeniliklərdən dərhal xəbərdar olun
“Taliban” hökuməti İranın Əfqanıstandakı diplomatı Əli Mucanini “arzuedilməz şəxs” elan edərək onun ölkə ərazisini tərk etməsini istəyib.
Məlumatı “İraninternational” yayıb. Bildirilib ki, Əli Mucanidən bir neçə saat ərzində Əfqanıstanı tərk etmək tələb edilib.
Məlumata görə, iranlı diplomat “səlahiyyət həddini aşdığı” üçün cəzalanıb.
“Taliban” rəsmiləri diplomatın yol verdiyi pozuntuları açıqlamayıblar. Ancaq bəzi mənbələrdə onun ölkənin Qəndəhar bölgəsində yerli hakimiyyətin razılığı olmadan tədbir keçirdiyi bildirilib.
Məlumata görə, “Taliban”ın liderlərindən sayılan Molla Heybətullah Axundzadə Əli Mucaninin Qəndəhara getməsinə icazə verməyib.
Məlumat üçün onu da bildirək ki, 2023-cü ilin dekabrında da İran Əfqanıstanın Məşhəddəki konsulu Səlimini “persona non-qrata” elan edərək ölkədən deportasiya edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
