İrəvan çalxalanır | Paşinyana etiraz edənlərin sayı artır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Tavuş vilayətində aparılan delimitasiya işlərinə etiraz edən bir qrup radikal qüvvələr hazırda paytaxt İrəvanda da aksiyalarını davam etdirirlər. Bu barədə yerli mətbuatda məlumat verilib.
Bildirilir ki, bir neçə gün öncə Kirants kəndindən başlayan, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstyanın başçılığı ilə keçirilən etiraz aksiyası Respublika meydanında gecə saatlarında da davam edib.
Nümayişdə çıxış edən B.Qalstyan erməni tələbələrə, ali təhsil müəssisələrinə, iş adamlarına müraciət edib.
“Bölgələrimizin sakinlərinə səslənirəm və onları da etiraz aksiyalarına qoşulmağa çağırıram”, – deyə arxiyepiskop vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləyib.
Baqrat Qalstyanın sözügedən çağırışından sonra İrəvan Dövlət Universitetində etirazlar başlayıb. Onlar təhsil müəssisəsinin daxilində “Ayağa qalx, tələbə” şüarları səsləndirərək hər kəsi mitinqlərə çağırıblar.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
