İrəvan çətin seçim qarşısında | Nikol ölkəsini bu uçuruma aparacaq, yoxsa...?
“Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır”.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Aİİ və Aİ bir araya sığmır. Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur”, – o bildirib.
A.Overçukun sözlərinə görə, bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil:
“Ona görə də Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq.
“Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. İndi getdikcə aydınlaşır ki, Aİİ-yə üzvlük imtiyazdır”, – Aİ-yə üzvlüyü “Titanik” gəmisinə bilet almaqla müqayisə edən A.Overçuk vurğulayıb.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Qanunun qəbulu bu prosesə start verəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Aİ-yə daxil olmaq qərarı ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.
#Avropa İttifaqı teqi istifadə olunub
- "Rusiya bunu unutmayacaq!" | Zaxarovadan sərt mesaj
- Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV
- Aİ komissarı açıq danışdı | Ukrayna qarşısında hansı şərt qoyuldu? - Baku TV
- Aİ və Ermənistan arasında mühüm razılaşma | Diqqətçəkən mesajlar verildi - Baku TV
- Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV
