İrəvan daha bir kəndi geri qaytardı | Ermənistan mediasından açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır.
“Buraya xüsusilə Alaverdi bölgəsində yerləşən Gürcüstan sərhədindəki Ciliza kəndi aiddir”, – deyə məlumatda qeyd edilib.
Əlavə olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.
Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərsə də, bu istiqamətdə işlər ləng gedir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
