İrəvanda “nəzakət qanunu” | Paşinyan yeni qərarı açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin yeni “Etika Qanunvericiliyi” qəbul etdiyini açıqlayıb.
N.Paşinyan sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, ölkənin siyasi atmosferinin formalaşmasında əsas məsuliyyət daşıyan hakim partiya bundan sonra öz davranış standartlarını daha yüksək səviyyəyə qaldırır.
Onun sözlərinə görə, qəbul edilən sənəd partiya üzvlərini siyasi polemikada təhqir, alçaltma və şəxsi hücumlardan uzaq qalmağa öhdələndirir.
N.Paşinyan vurğulayıb ki, qarşı tərəfdən gələn təhqirlərə eyni üslubda cavab verilməməsi zəiflik deyil, yeni qəbul edilmiş etik qaydalara sadiqlik kimi qiymətləndirilməlidir.
Baş nazir bildirib ki, cəmiyyətin ictimai-siyasi həyatı daha çox fakta və arqumentə əsaslanan, qarşılıqlı hörmət, nəzakət, şəffaflıq və hesabatlılıq prinsiplərinə söykənən mühitə çevrilməlidir. O, siyasi mədəniyyətin yüksəldilməsi üçün ilk addımı iqtidar partiyasının atdığını qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
