İrəvanda qalmaqallı təxribat | Paşinyan açıqlama verdi - Baku TV
İrəvanda qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.
Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 23-də Türkiyə bayrağının yandırılmasını pisləyən bəyanat verib.
Bəyanatda bildirilir ki, bu, açıq-aşkar təxribatçı və gərginlik yaradan davranışdır: "Bu, məsuliyyətsiz və qəbuledilməzdir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır".
Bayrağın yandırılmasını Milli Məclisin sədri Alen Simonyan da tənqid edib.
"24 aprel ərəfəsində istənilən ölkənin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq mənasız, utancverici və çox pislənən bir hərəkətdir. Mən bu cür addımları sülhə və gələcəyə qarşı acınacaqlı və qəbuledilməz təxribatlar hesab edirəm", – deyə Simonyan vurğulayıb.
#Türkiyə bayrağı teqi istifadə olunub
