Pleyeri seçin:

İşdən çıxarılan məmur Paşinyandan elə qorxdu ki... | Detallar üzə çıxdı

19 noyabr 2024 623 baxış

Ermənistan Baş naziri Nikol Paşinyan məmurları işdən çıxarılmaları barədə qərarını “WhatsApp” vasitəsilə bildirib.

Bu barədə “Hraparak” qəzeti yazır.

Bildirilib ki, Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Rüstəm Badasyan gecə gəzintisində olarkən sözügedən mesajı alıb, lakin zəng edərək bunun zarafat və ya telefon “virusu” olduğunu öyrənməyə cəsarət etməyib.

Nəşrin məlumatına görə, R.Badasyan yaxın çevrəsində gecəyarısına qədər şok edici mesajı müzakirə edib və nə edəcəyini bilməyib. Görüşdə işdən çıxarılan digər şəxs – İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan və onların dostu – İrəvan meri Tiqran Avinyan da iştirak ediblər.

Qəzet eyni zamanda N.Paşinyanın komandasında mümkün rotasiyalardan yazıb. Xüsusilə A.Karamyanın Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Səs-küylü işdən çıxarmalarla bağlı bəzi təfərrüatı “Joxovurd” qəzeti də açıqlayıb.

Belə ki, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hadisədən bir gün əvvəl N.Paşinyanla eyni tədbirdə olub, lakin Baş nazir ona şəxsən heç nə deməyib. Daha sonra Q.Sanosyana Ermənistan hökumət aparatının rəhbəri Araik Arutyunyan zəng edərək N.Paşinyanın öz xahişi ilə ərizə yazmasını tələb etdiyini bildirib.

Qeyd olunub ki, bu müddət ərzində Qnel Sanosyanla münasibətlər qura bilmiş 10 vilayət rəhbəri də qeyri-müəyyən vəziyyətdə qalıb. Bir çox vilayət rəhbəri növbəti nazirin kim olacağını və onlardan hansının istefa ərizəsi yazmalı olacağını gözləyir.

Banner
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 623 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 623 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 623 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 623 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 623 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 623 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 623 baxış
Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 623 baxış
Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Qara dənizdə taxıl dəhlizinin açılması Zelenski ilə Modi arasındakı telefon söhbətində müzakirə edilib

Dünya
10 noyabr 2026 623 baxış
Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Türkiyənin İraqdakı hərbi bazadan çıxması prosesi nə zaman tamamlanacaq?

Dünya
10 noyabr 2026 623 baxış
Seçilmişlər
icon