İslam rejimini ancaq gənclər dəyişə bilər | Gerştdən şok iddialar
Yeniliklərdən dərhal xəbərdar olun
“İran 12 günlük müharibədə zəifləsə və sanksiyalarla tükənsə də, hələ də istənilən daxili üsyanı ölümcül şəkildə yatırmaqda qətiyyətlidir”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə keçmiş əməkdaşı Ryuel Mark Gerşt “Iran International”a müsahibəsində deyib.
“İran liderləri Parisə qaçmaq niyyətində deyillər, son ana qədər mübarizə aparacaqlar”, – o bildirib.
Gerşt hesab edir ki, İranda köklü qeyri-sabitlik hökm sürür, ABŞ və İsraillə müharibə onun üçün sarsıdıcı olub, indi düşmənlərinin informasiya təsirinə qarşı şübhə içindədir:
“12 günlük müharibə həm psixoloji, həm də bürokratik baxımdan İran rəhbərinə (Əli Xamenei) ölümcül zərbə vurub. 86 yaşlı mollanın mövqeyi zəifləyir. Şübhə edirəm ki, hakimiyyəti həqiqətən bu 86 yaşlı kişi idarə edir, bunu onun “klonları” edir. O, sistem daxilində öz “klonlarını” uğurla yerləşdirib”.
Həmçinin o qeyd edib ki, beynəlxalq sanksiyalar iqtisadiyyatı iflic edib, gündəlik xərcləri artırsa və hakimiyyətə ictimai dəstək zəifləsə də, Xamenei və komandası ABŞ ilə danışıqların bərpası şərtlərini rədd edir.
Gerştin sözlərinə görə, rejim bilir ki, tam bərpa artıq mümkün deyil, xalqın ona nə qədər nifrət etdiyini də anlayır, amma gənclərin etirazlarını yatıra bildiyi müddətdə salamat qalacaq.
O əlavə edib ki, ABŞ İran rejimini devirmək üçün ciddi təzyiq göstərməyəcək:
“Hazırda ciddi bir təzyiq yoxdur, Trampın əlində çevriliş strategiyası yoxdur və ABŞ-dəki siyasi qüvvələr belə bir yanaşmaya qarşıdır. Amma hər tərəfdən gözlənilməz hadisələr gələ bilər və İran hakimiyyətini bu qeyri-müəyyənlik qorxudur. Dəyişiklik daxildən gəlməlidir. Bu işi gənclər görə bilər”.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
