Pleyeri seçin:

İspaniya Baş naziri videomüraciət yaydı

21 oktyabr 2025 456 baxış

İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqını mövsümi saat dəyişməsini tamamilə ləğv etməyə çağırıb.

Bu barədə o, "X" platformasında yayımlanan videomüraciətində bildirib.

Sançes bu il 26 oktyabra nəzərdə tutulan qış saatına keçidin mənasız olduğunu deyib.

O xatırladıb ki, Avropa Komissiyası 2018-ci ildə saatların dəyişdirilməsini dayandırmağı təklif etmişdi, lakin hələ qərar qəbul edilməyib.

Baş nazir qeyd edib ki, həm İspaniyada, həm də digər Aİ ölkələrində əhali əksər hallarda saat dəyişməsini dəstəkləmir.

O, sosial sorğulara və elmi tədqiqatlara istinad edərək bildirib ki, mövsümi saat dəyişməsi elektrik enerjisinə qənaətə demək olar ki, kömək etmir, lakin insanların sağlamlığına və gündəlik həyatına mənfi təsir göstərir.

Qeyd edək ki, bu məsələ 20 oktyabrda Lüksemburqda keçirilən Avropa İttifaqının nəqliyyat, telekommunikasiya və enerji nazirlərinin sammitinin gündəliyinə daxil edilməyib.

2018-ci ildə Avropa Komissiyasının apardığı sorğuda Aİ sakinlərinin 84%-i mövsümi saat dəyişməsinin ləğvini dəstəkləyib. 2024-cü ildə Almaniyada 74% respondent eyni fikri bildirib. Bu təşəbbüsü Polşa, Finlandiya və bir sıra digər ölkələr də dəstəkləyir.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 456 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 456 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 456 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 456 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 456 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 456 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 456 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 456 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 456 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 456 baxış
Seçilmişlər
icon