İspaniya təbii fəlakətlə mübarizə aparır | Daha bir şəhər daşqınlara təslim oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyada baş verən daşqınlar ölkənin Barselona şəhərini su altında qoyub.
Noyabrın 4-dən başlayan və gün ərzində davam edən leysan yağışlar səbəbindən Barselona, Jirona və Tarraqona şəhərlərində nəqliyyat iflic olub.
Güclü yağışlar Barselona hava limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Daşqınlar regionda dəmir yolu xəttinin fəaliyyətini də müvəqqəti olaraq sonlandırıb.
İspaniya hökuməti fəlakətə nəzarət məqsədilə böhran komitəsi yaradıb. Bundan əlavə, yerli hakimiyyət daşqınlara qarşı ilk yardım paketinin bir hissəsi kimi təxminən 10,6 milyard avro ayırdığını açıqlayıb. Bu barədə İspaniya Krallığının Baş naziri Pedro Sançes bildirib.
Onun sözlərinə görə, müvafiq qərar Nazirlər Şurasının iclasında qəbul edilib. Vəsait ev təsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli qurumlara paylanılacaq.
“Görülən bütün tədbirlərin həcmi 10,6 milyard avronu keçəcək”, – deyə Baş nazir vurğulayıb.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
