“İsrail ABŞ-ni İslam Respublikası ilə münaqişəyə cəlb etməyə çalışıb” | Əraqçi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail hakimiyyəti nümayişçilərin sıralarına sızdırılmış terrorçular vasitəsilə ABŞ Prezidenti Donald Tramp və onun Administrasiyasını İranla münaqişəyə cəlb etməyə cəhd göstərib.
Əraqçi bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İran təhlükəsizlik qüvvələri etirazçılarla deyil, silahlı terrorçularla qarşı-qarşıya qalıb.
“Üç gün ərzində biz faktiki olaraq etirazçılarla deyil, terrorçularla döyüşdük. Onlar insanlara atəş açmağa başlayanda bunu yalnız bir məqsədlə edirdilər – qurbanların sayını artırmaq. Çünki Prezident Tramp qətllər baş verərsə, müdaxilə edəcəyini demişdi və onlar onu münaqişəyə cəlb etmək istəyirdilər. İsrailin planı da məhz bundan ibarət idi ki, ABŞ Prezidentini bu qarşıdurmaya sürükləsin”, – deyə nazir vurğulayıb.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
