İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
İsrail Müdafiə Ordusu elan edib ki, Hərbi Hava Qüvvələri Ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib:
“Nəticədə, Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib”.
İsrail Ordusu vurğulayıb ki, Ə.Laricani uzun illər boyunca İran rəhbərliyindəki ən nüfuzlu şəxslərdən biri hesab edilib və Ali Rəhbər Əli Xameneinin yaxın silahdaşı olub. Ə.Xameneinin ölümündən sonra Ə.Laricani faktiki olaraq İranın lideri olub və İsrailə, eləcə də regionun bir sıra ölkələrinə qarşı döyüş əməliyyatlarına rəhbərlik edib.
“O, milli təhlükəsizliyə nəzarət edirdi və müttəfiq strukturlarla qarşılıqlı əlaqələr də daxil olmaqla beynəlxalq fəaliyyəti idarə edirdi. İrandakı son hökumət əleyhinə etirazlar zamanı Ə.Laricani sərt repressiyaların təşəbbüskarı olub və etiraz iştirakçılarına kütləvi divan tutulmasına şəxsən nəzarət edib.
Onun ölümü “Nərildəyən şir” əməliyyatı zamanı İranın onlarla yüksəkrütbəli komandirinin və liderinin aradan qaldırılması üzrə fəaliyyətlərin davamı oldu və Tehranın İsrailə qarşı düşmənçilik hərəkətlərini koordinasiya etmək imkanlarına ciddi zərbə vurur”, – deyə Ordunun yaydığı məlumatda vurğulanıb.
#İsrail teqi istifadə olunub
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
