İsrail - Fələstin müharibəsində son durum | Ölənlərin sayı hər gün durmadan artır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-HƏMAS cəbhəsində vəziyyət gərgin olaraq qalır.
Açıqlanan son rəqəmlərə görə, 2023-cü il oktyabrın 7-dən indiyədək Fələstin tərəfindən 15 mindən çoxu azyaşlı olmaqla, azı 38 179 nəfər, İsrail tərəfindən isə 1139 mülki şəxs həlak olub.
Bundan başqa, 8 mini israilli olmaqla ümumilikdə 94 min nəfərdən çox insan münaqişədə yaralanıb. Müharibə nəticəsində itkin düşənlərin sayına gəldikdə isə bu rəqəm 10 000-i ötüb.
Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilində olan vəziyyəti də açıqlayıb. Məlumata görə, sözügedən ərazidə 137-si uşaq olmaqla, azı 553 nəfər öldürülüb. Yaralananların sayı isə artıq 5200 nəfəri ötüb. Qeyd edək ki, hücumlar zamanı ərazidə yerləşən infrastruktura da ciddi ziyan dəyib.
Belə ki, ticarət obyektlərinin 80, məktəb binalarının isə 88%-i yerlə yeksan edilib. Bölgədə yerləşən 35 xəstəxanadan yalnız 17-si fəaliyyət göstərir. Bundan əlavə, 130 təcili tibbi yardım maşınına və 267 ibadət yerinə də ciddi ziyan dəyib. Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı xəbərə görə, Qəzzada hər saat 15 nəfər həyatını itirir, 35 nəfər yaralanır. Eyni zamanda açıqlanan vaxt ərzində bölgəyə 42 bomba atılır və saatbaşı 12 bina yerlə yeksan edilir.
Müharibə media işçilərinə də təsirsiz ötüşməyib. Oktyabrdan bəri azı 108 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Jurnalistlərin Müdafiəsi Komitəsi və Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı məlumata görə, ölənlərdən 103-ü fələstinli, 3-ü livanlı və 2 nəfəri israilli müxbirlər olub.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
