İsrail hansı silahları işə saldı? | Qəzzada ciddi dağıntılar var
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasına ilk dəfə olaraq kamikadze robotlarından istifadə edərək hücum edib.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, tibb müəssisəsində təxliyəsi demək olar ki, mümkün olmayan palatalarda yeni doğulmuş uşaqlar da daxil olmaqla 400-ə yaxın mülki şəxs var.
“Bu yaxınlarda iki döyüş robotu xəstəxananın yaxınlığında partlayıb və nəticədə ciddi dağıntılar törədilib. Məlumata görə, hadisə zamanı 20-yə yaxın insan yaralanıb.
“İsrail Ordusu ilk dəfədir ki, bu cür robotlardan istifadə edir”, – deyə xəstəxananın direktoru Hussam Abu Safiyah bildirib.
Bununla yanaşı, bildirilib ki, İsrail hərbçiləri Qəzza zolağının mərkəzində yardım karvanını bombalayıb, azı dörd mühafizəçi həlak olub, daha üç nəfər isə yaralanıb.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
