İsrail-HƏMAS müharibəsi dünyanın diqqətində
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə HƏMAS arasında 14 gündür davam edən müharibə dünyanın diqqətindədir.
Müsəlman irqindən olan bir çox dövlətlər Fələstinə və Qəzza zolağında yaşayan sakinlərə dəstək nümayiş etdirsələr də, bəzi Qərb ölkələri İsrailin yanında olduğunu bildirir. İsrailə dəstək verən ölkələr arasında ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa xüsusi yer tutur.
Bu dövlətlər hətta HƏMAS-a qarşı birgə bəyanat da qəbul edib. İsrailə koordinasiyalı dəstək vəd edərək HƏMAS-ın hücumunu pisləyiblər.
“Biz qarşıdakı günlərdə İsrailin özünü müdafiə edə bilməsini və Yaxın Şərq üçün sülh şəraiti yarada bilməsini təmin etmək niyyəti ilə müttəfiq dost ölkələr olaraq İsrailin yanındayıq”, – deyə bəyanatda deyilir.
Pentaqon isə bir müddət öncə Çin donanmasının Birləşmiş Ştatlara mümkün hücumundan qorunmaq üçün Təl-Əvivdən aldığı iki “Dəmir Qübbə”ni İsrailə hərbi dəstək kimi geri göndərir. ABŞ Administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar bu sistemlərin sahibi olaraq qalacaq. İsrail isə onların icarə haqqını ödəyərək HƏMAS-ın raket zərbələrindən özünü müdafiə edə biləcək.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
