Pleyeri seçin:

İsrail hərbçiləri məscidə girib yəhudi mahnısı oxudu | Gündəm olan görüntülər

15 dekabr 2023 513 baxış

İsrail əsgərlərinin İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində əməliyyat zamanı məscidə daxil olma anı sosial mediada gündəm olub.

Yayılan görüntülərdə hərbçilər ayaqqabıları ilə ibadətgaha ayaq basıblar. Daha sonra əsgərlərdən biri mikrofonu götürərək yəhudilərin daim səsləndirdikləri "Şema Yisrael", yəni “Ey İsraili dinlə” duasını oxuyub, digər əsgərlər isə onu videoya çəkiblər.

Hadisənin görüntüləri yayılandan sonra İsrail Müdafiə Qüvvələri dərhal məsələyə münasibətini bildirib.

Sosial media hesablarındakı məlumatda onlar əsgərlərinin ibadətgah daxilində ordunun davranış qaydalarına zidd hərəkət etdiklərini etiraf ediblər. Bildirilib ki, sözügedən hərbçilər hadisədən dərhal sonra ordudan uzaqlaşdırılıb.

Bundan başqa, İsrail Müdafiə Qüvvələrinin məlumatında həmin əsgərlərin nizam-intizam qaydalarını pozduqları üçün cəzalandırılacaqları da qeyd edilib.

Məlumat üçün bildirək ki, İsrailin sabiq milli təhlükəsizlik naziri və ifrat sağçı siyasətçisi Ben-Qvir də bu hadisəni tənqid edib. Nazir əsgərlərin bu addımını açıq təxribat kimi qiymətləndirib və günahkarların cəzalandırılmasını tələb edib.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 513 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 513 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 513 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 513 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 513 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 513 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 513 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 513 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 513 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 513 baxış
Seçilmişlər
icon